“Azərbaycan Sənaye Bankı” (ASB) 2018-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az bankın “Mənfəət və Zərər” hesabatına əsasən xəbər verir ki, bankın faiz gəlirləri 24 mln 888 min manat, faiz xərcləri isə 13 mln 350 min manat olub. Xalis faiz gəliri 2018-ci ildə ötən ilə nisbətən 10,96% artaraq 11 mln 538 min manata çatıb.
Qeyri-faiz gəlirləri hesabat dövründə ötən ilə nəzərən 2,5 dəfə azalaraq 2 mln 698 min manat, qeyri-faiz xərcləri isə 16,64% artaraq 12 mln 445 min manat təşkil edib. Hesabat dövründə əməliyyat mənfəəti keçən illə müqayisə də 3,74 dəfə azalaraq 1 mln 791 min manata enib.Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatın yaradılmasıına ayırmalar 3 mln 167 min manat olub.
Yekunda bank 2018-ci ili 3 mln 945 min manat mənfəətlə başa vurub. Xatırladaq ki , bank ötən ili 4 mln 357 min manat mənfəətlə başa vurmuşdu.Yəni bu il bankın mənfəəti 9,45% azalıb. Bankın 2018-ci ildə mənfəətinin azalmasının səbəbi ötən ilə nəzərən qeyri-faiz gəlirinin az olub, qeyri-faiz xərclərinin çox olması səbəb olub.
FED.az bankın “Balans” hesabatına əsasən bildirir ki, bankın 2018-ci ildə cəmi aktivləri ötən ilə nəzərən 13% azalaraq 822 mln 312 min manat, cəmi kapital isə 1,85% artaraq 92 mln 29 min manat təşkil edib.
Bankın kredit portfeli 2018-də ötən ilə nisbətən 4,31% azalaraq 285 mln 950 min manata enib.