II rübdə "Kapital Bank"ın kredit portfeli 4 milyard 783 milyon 112 min manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bunun da 2 milyard 562 milyon 435 min manatı istehlak kreditlərinin, 1 milyard 610 milyon 211 min manatı biznes kreditlərinin, 610 milyon 467 min manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi kredit portfeli 1 milyard 235 milyon 425 min manat (35%), istehlak kredit portfeli 635 milyon 191 min manat (33%), biznes kreditlərinin həcmi 482 milyon 337 min manat (43%), ipoteka kreditlərinin həcmi 117 milyon 898 min manat (24%) artıb.
Bildirək ki, ötən ilin müvafiq dövründə "Kapital Bank"ın cəmi kredit portfeli 3 milyard 547 milyon 687 min manat təşkil edib.
Bunun da 1 milyard 927 milyon 244 min manatı istehlak kreditlərinin, 1 milyard 127 milyon 284 min manatı biznes kreditlərinin, 492 milyon 569 min manatı isə daşınmaz əmlak kreditlərinin payına düşüb.