Cari ilin II rübündə "Kapital Bank"ın əmək haqqı xərcləri 118 milyon 49 min manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bankın əmək haqqı xərclərində son bir il ərzində 14 milyon 553 min manat (14%) artım qeydə alınıb.
2023-ci ilin II rübündə bu göstərici 103 milyon 496 min manat təşkil edib.