2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin depozit portfeli 13 milyard 891,8 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Depozit portfeli aylıq müqayisədə 230,8 milyon manat (1,7%), ötən ilin sonu ilə müqayisədə 1 milyard 309,6 milyon manat (10,4%), illik müqayisədə 1 milyard 615,8 milyon manat (13,2%) böyüyüb.
Depozit portfelinin 4 milyard 781,7 milyon manatı xarici valyutada formalaşıb.
Bu göstərici də aylıq müqayisədə 102,4 milyon manat (2,2%), ötən ilin sonu ilə müqayisədə 510,5 milyon manat (12%), illik müqayisədə 253 milyon manat (6%) böyüyüb.