2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 35 milyard 3,9 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Depozit portfeli aylıq müqayisədə 622,6 milyon manat (1,8%), ötən ilin sonu ilə müqayisədə 453,8 milyon manat (1,3%), illik müqayisədə 3 milyard 5,2 milyon manat (9,4%) böyüyüb.
Depozit portfelinin 13 milyard 795,6 milyon manatı xarici valyutada formalaşıb.
Bu göstərici də aylıq müqayisədə 675,4 milyon manat (5,1%), ötən ilin sonu ilə müqayisədə 517,5 milyon manat (3,9%), illik müqayisədə 1 milyard 241,1 milyon manat (10%) böyüyüb.