Bu ilin iyun ayının 1-nə Azərbaycan banklarının xalis mənfəəti 519,7 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 112,2 milyon manat (27,5%), aylıq müqayisə ilə 82,6 milyon manat (18,9%) çoxdur.
Bu ilin may ayının birinə bankların xalis mənfəəti 407,5 milyon manat, ötən ilin iyunun 1-nə isə 437,1 milyon manat təşkil edib.