2024-cü ilin mayın 1-nə Azərbaycan banklarının kredit portfeli 24 milyard 644,5 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 541,9 milyon manat (2,2%), ötən ilin sonu ilə müqayisədə 1 milyard 461,5 milyon manat (6,3%), illik müqayisədə 4 milyard 265,4 milyon manat (21%) böyüyüb.
Qeyd edək ki, ümumi kredit portfelinin 13 milyard 476,4 milyon manatını biznes, 7 milyard 327 milyon manatını istehlak, 3 milyard 841,1 milyon manatını daşınmaz əmlak (ipoteka) kreditləri təşkil edib.