2024-cü ilin 1 may tarixinə Azərbaycan banklarında fiziki şəxslərin depozit portfeli 13 milyard 210,4 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu ötən ayın 1-i ilə müqayisədə 341,9 milyon manat və ya 2,7%, sonu ilə müqayisədə 628,1 milyon manat və ya 5% çoxdur.
Əmanətlərin 4 milyard 592 ,6 milyon manatı xarici valyutada formalaşıb. Bu göstərici də ötən ayın 1- ilə müqayisədə 4,5 milyon manat və ya 0,1%, sonu ilə müqayisədə 321,4 milyon 7,5% çoxdur.
Ümumilikdə fiziki şəxslərin depozitlərinin 7 milyard 414,1 milyon manatı müddətli, 5 milyard 796,3 milyon manatı isə müddətli depozitlərdir. Müddətli depozitlərin 2 milyard 54353 milyon manatı, tələbli depozitlərin isə 2 milyard 47,4 milyon manatı xarici valyutada formalaşıb.
Müddətli depozitlərdə aylıq 187,4 milyon manat (2,6%), ötən ilin sonu ilə müqayisədə 532 milyon manat (7,7%) artım var.
Tələbli depozitlərdə aylıq 154,4 milyon manat və ya 2,7%, ötən ilin sonu ilə mçüqayisədə 96,2 milyon manat (1,7%) artım müşahidə edilir.