Bu ilin iyun ayının 1-nə Azərbaycan banklarının istehlak kredit portfeli 7 milyard 480,2 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 1 milyard 255,7 milyon manat (20,2%), aylıq müqayisə ilə 153,2 milyon manat (2,1%) çoxdur.
Bu ilin may ayının birinə bankların istehak kredit portfeli 7 milyard 327 milyon manat, ötən ilin iyunun 1-nə isə 6 milyard 224,5 milyon manat təşkil edib.