2024-cü ilin iyunun 1-nə Azərbaycan banklarının depozitlər üzrə faiz gəlirləri 332,7 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 94,9 milyon manat və ya 39,9% çoxdur.
2023-cü ilin iyunun 1-nə Azərbaycan banklarının depozitlər üzrə faiz gəlirləri 237,8 milyon manat olub.
Aylıq müqayisədə bankların depozitlərdən qazandıqları məbləğin həcmi 71,8 milyon (27,5%) artıb.
Bu ilin 1 may vəziyyətinə bu göstərici 260,9 milyon manat təşkil edib.