Bu ilin iyun ayının 1-nə Azərbaycan banklarının biznes kredit portfeli 13 milyard 794,7 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 2 milyard 613,9 milyon manat (23,4%), aylıq müqayisə ilə 308,3 milyon manat (2,3%) çoxdur.
Bu ilin may ayının birinə bankların biznes kredit portfeli 13 milyard 476,4 milyon manat, ötən ilin iyunun 1-nə isə 11 milyard 170,8 milyon manat təşkil edib.