Bu ilin II rübündə ABB-nin faiz gəlirləri 437,3 milyon manat olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Faiz gəlirlərinin də böyük hissəsini, yəni 309,6 milyon manatını kreditlərdən əldə edilən faiz gəlirləri olub. Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 65,4 milyon manat təşkil edib.
Əvvəlki illə müqayisədə ümumi gəlirlər 60,8 milyon manat və ya 16%, kreditlərdən əldə olunan gəlirlər 96,9 milyon manat və ya 46%, ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 3,8 milyon manat (6%) artıb.
Bundan başqa banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 1 milyon 332 min manata, həmin təşkilatlarda depozitlər üzrə faiz gəlirləri 55 milyon 776 min manata, digər faiz gəlirləri 5 milyon 199 min manata bərabər olub.
İllik müqayisə ilə banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 588 min manat (79%), digər faiz gəlirləri 3 milyon 807 min manat (6%) artıb.