Azərbaycanda bank müştərilərinin sayı 2020-ci ilin oktyabr ayına 8 850 082 nəfər təşkil edib.
Eləcə də bax: Şirkətlərin bank hesablarındakı pulları - Azalıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın statistikasına əsasən, Bank müştərilərindən 8 737 525 nəfəri fiziki şəxslər, 112 557 nəfəri isə hüquqi şəxslər olub. Ötən ay ilə müqayisədə fiziki şəxslərin sayı 91 694 nəfər artıb, hüquqi şəxslərin sayı 2 520 nəfər azalıb.
Oktyabrda müştəri hesablarının sayı 195 574 ədəd artaraq 20 825 668-ə çatıb. O cümlədən, cari hesabların sayı 172 966 artaraq 17 776 393-ə, kredit hesablarının sayı 8 085 artaraq 2 698 790-a, depozit hesablarının sayı isə 14 523 artaraq 350 485-ə yüksəlib.
Ötən ilin oktyabr ayı ilə müqayisədə fiziki şəxslərin cari hesablarının sayı 2 067 031 artıb, hüquqi şəxslərin cari hesablarının sayı isə 20 401 azalıb. Sentyabr ayı ilə müqayisədə isə bu ilin oktyabrında hüquqi şəxslərin cari hesablarının sayı 25 783 azalıb.