Hüquqi şəxslərin banklardakı cəmi depozitləri 2020-ci ilin oktyabr ayında 14 milyon manat azalaraq 11 milyard 647 milyon manata düşüb.
Eləcə də bax: Azərbaycanda bank sisteminin – SON VƏZİYYƏTİ AÇIQLANDI - RƏQƏMLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın hesabatına görə, 10 ay ərzində isə hüquqi şəxslərin banklardakı depozitləri 1 milyard 172 milyon manat azalıb. Belə ki, ötən ilin sonunda hüquqi şəxslərin banklardakı cəmi depozitləri 12 milyard 818 milyon 700 min manata çatmışdı.
Oktyabrda hüquqi şəxslərin müddətli depozitləri 2 milyon 400 min manat artaraq 1 milyard 937 milyon 200 min manat təşkil edib, tələbli depozitlər isə 17 milyon manat azalaraq 9 milyard 709 milyon 600 min manata düşüb.
Tələbli depozitlər 10 ay ərzində isə 503 milyon 500 min manat azalıb.