2020-ci ilin iyun ayı ərzində müştəri hesablarının sayı 19 milyon 887 min 235-ə çatıb.
Eləcə də bax: Azərbaycanda bank müştərilərinin sayı ilin əvvəlindən 6% artıb
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, son bir ayda müştəri hesablarının sayı 425 min 227 ədəd və ya 2,2% artıb.
O cümlədən, cari hesabların sayı 389 min 265 və ya 2,3% artaraq 17 milyon 18 min 177-ə, kredit hesablarının sayı 31 min 44 və ya 1,2% artaraq 2 milyon 582 min 377-ə, depozit hesablarının sayı isə 4 min 918 və ya 1,7% artaraq 286 min 681-ə yüksəlib.
Ötən ilin iyun ayı ilə müqayisədə isə cari hesabların sayı 2 milyon 41 min 679 və ya 11,4%, həmçinin fiziki şəxslərin cari hesablarının sayı 2 milyon 129 min 474 və ya 14,5%, hüquqi şəxslərin cari hesablarının sayı isə 3 min 534 və ya 1,4% artıb.
Bu ilin iyun ayında fiziki şəxslərin cari hesablarının sayı 16 milyon 768 min 435, hüquqi şəxslərin cari hesablarının sayı 249 min 742 olub. Aylıq müqayisədə isə hüquqi şəxslərin cari hesablarının sayı 9 min 289 artıb.