Banner

Bank

Azərbaycanda bank müştərilərinin sayı ilin əvvəlindən 6% artıb

Azərbaycanda bank müştərilərinin sayı ilin əvvəlindən 6% artıb | FED.az
11:07 25 İyul 2020

Azərbaycanda bank müştərilərinin sayı bu ilin iyulun 1-nə 8 465 977 nəfərə çatıb.

Eləcə də bax: Xarici vətəndaşlar Azərbaycan banklarından - Pullarını Çəkirlər - ANTİ-REKORD

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından  verilən məlumata görə, bank müştərilərinin sayında aylıq ifadədə 218 422 nəfər və ya 2,6%, ilin əvvəlinə nisbətən isə 448 396 nəfər və ya 5,6% artım qeydə alınıb.

Eləcə də bax: Banklar 2020-ci ilin II rübünü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR

Məlumata əsasən, bank müştərilərinin 8 354 596 nəfərini və ya 98,7%-ni fiziki, 111 381 və ya 1,3%-ni hüquqi şəxslər əhatə edib.

Qeyd edək ki, bu il iyulun 1-nə sahibkarlıqla məşğul olan bank müştərilərinin sayı 334 910 nəfər təşkil edib. Bu da öz növbəsində, aylıq ifadədə 19 915 nəfər və ya 6,3%, ilin əvvəli ilə müqayisədə isə 6 706 nəfər və ya 2% artım deməkdir. (Apa)

Digər xəbərlər

Banner