Bu ilin noaybr ayının 1-nə Azərbaycan banklarının əməliyyat mənfəəti 1 milyard 422,7 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 52,9 milyon manat (3,9%) , aylıq müqayisə ilə 153,7 milyon manat (12,1%) çoxdur.
Bu ilin oktyabr ayının birinə bankların əməliyyat mənfəəti 1 milyard 266,7 milyon manat, ötən ilin noyabrın 1-nə isə 1 milyard 369,5 milyon manat təşkil edib.