Bu il 1 noyabr tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 481, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 min 180 olub.
FED.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının Statistik bülleteninin oktyabr buraxılışında bildirilir.
Hesabat ayında bank sektorunda çalışanların sayı 1.5% və ya 370 nəfər artaraq 25 min 66 (ilin əvvəlindən 6.4% və ya 1497 əməkdaş) nəfər təşkil edib.