Azərbaycanın bank sektoru bu ilin 1 mart vəziyyətinə 48 milyard 735,7 milyon manat akitvlərə malik olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 27,1 milyon manat və ya 6,6% çoxdur.
,Ötən ilin 1 martvəziyətinə bank sektoru 45 milyard 708,6 milyon manat akitvlərə malik idi.
Son bir ay ərzində isə bank sektorunun aktivləri 561,1 milyon manat və ya 1,1% azalıb.
Qeyd edək ki, cari ilin 1 fevral vəziyyətinə 49 milyard 296,8 milyon manat təşkil edib.