Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2024-cü il fevralın 29-na 2 milyard 120,5 milyon manat təşkil edir ki, bu da 2023-cü ilin sonuna olan göstəricidən 18,4% azdır.
Bank sektorunun aktivləri 6,5%-dən çox artıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Fevral ayında bankların xarici öhdəlikləri 375,6 milyon manat (yanvarda -102,1 milyon manat) azalıb.
AMB-nin məlumatına görə, fevralın sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 2 milyard 522,8 milyon manat təşkil edir ki, bu da 2023-cü ilin sonuna olan göstəricidən 5,6% azdır.
Fevralda bankların xalis xarici aktivləri 354,3 milyon manat azalıb (yanvarda +204,2 milyon manat).
2023-cü ildə bankların xarici öhdəlikləri 47,5% artıb, xalis xarici aktivləri – 2,4 dəfə azalıb.
Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.
Fevralın sonuna Azərbaycanda 23 bank fəaliyyət üçün lisenziyaya malikdir. (İnterfaks-Azərbaycan)