2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda bankların kredit portfeli 28 milyard 704,9 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bankların ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 629,3 milyon manat, yəni 10,1%, ötən ilin sonuna nəzərən 1 milyard 227,2 milyon manat, yəni 4,5%, aylıq müqayisədə isə 206,7 milyon manat, yəni 0,7% artıb.
Portfelin əsas hissəsini təşkil edən biznes kreditlərinin həcmi 15 milyard 91,8 milyon manata çatıb. Bu, illik müqayisədə 1 milyard 92,0 milyon manat, yəni 7,8%, ötən ilin sonuna nəzərən 304,6 milyon manat, yəni 2,1%, aylıq müqayisədə isə 36,0 milyon manat, yəni 0,2% artım deməkdir.
İstehlak kreditlərinin portfeli 9 milyard 114,5 milyon manat olub. Bu göstərici illik müqayisədə 1 milyard 135,7 milyon manat, yəni 14,2%, ötən ilin sonuna nəzərən 669,5 milyon manat, yəni 7,9%, son bir ayda isə 112,3 milyon manat, yəni 1,2% artıb.
İpoteka kreditlərinin həcmində də artım davam edir. Bu portfel 4 milyard 498,6 milyon manata çatıb ki, bu da illik müqayisədə 401,6 milyon manat, yəni 9,8%, ötən ilin sonuna nəzərən 253,1 milyon manat, yəni 6,0%, aylıq müqayisədə isə 58,4 milyon manat, yəni 1,3% artım deməkdir.
Xatırladaq ki, bankların ümumi kredit portfeli bu ilin avqustun 1-nə 28 milyard 498,2 milyon manat, ötən ilin sonunda 27 milyard 477,7 milyon manat, 2024-cü ilin sentyabrın 1-nə isə 26 milyard 75,6 milyon manat təşkil edib.