Bu ilini iyunun birinə Azərbaycanda bank müştərilərinin sayı 15 milyon 265 min nəfər olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Müştərilərin 15 milyon 115 min nəfəri fiziki, 762,1 min nəfəri sahibkarlıqla məşğul olanlar 149,3 min nəfəri isə hüquqi şəxslərdir.
Əvvəlki illə müqayisədə bank müştərilərinin ümumi sayı 1 milyon 432 min nəfər (10,4%), onlardan fiziki şəxslər 1 milyon 425 min nəfər (10,4%), sahibkarlıqla məşğul olan şəxslər 100,7 min nəfər (15%), hüquqi şəxslərin sayı 6,7 min nəfər (5%) artıb.