2024-cü ildə "Ziraat Bank Azərbaycan"ın öhdəlikləri 267,9 milyon manat (52%) artımla 787,6 milyon manata yüksəlib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Məlumata görə "Ziraat Bank Azərbaycan"ın depozit portfelində də artım müşahidə olunub.
Belə ki, bu dövrdə bank 565 milyon 654 min manat depozit portfelinə malik olub. Onun da 192 milyon 752 manatı fiziki, 372 milyon 903 manatı isə hüquqi şəxslərin əmanətləri olub.
2023-cü ilin sonu ilə müqayisədə depozit portfeli 154 milyon 232 min manat (37%), fiziki şəxslərin depozitləri 21 milyon 84 min manat (12%), hüquqi şəxslərin depozitləri isə 133 milyon 149 min manat (56%) artıb.