"Kapital Bank"ın depozit portfelində car ilin ilk rübündə də artım müşahidə olunub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Belə ki, bu dövrdə bank 6 milyard 673 milyon 562 min manat depozit portfelinə malik olub. Onun da 2 milyard 145 milyon 376 min manatı fiziki, 4 milyard 528 milyon 185 min manatı isə hüquqi şəxslərin əmanətləri olub.
2023-ci ilin sonu ilə müqayisədə depozit portfeli 965 milyon 458 min manat (14%), fiziki şəxslərin depozitləri 760 milyon 926 min manat (13%), hüquqi şəxslərin depozitləri isə 386 milyon 764 min manat (22%) artıb.