Ölkənin aparıcı banklarından olan "Unibank" ASC 2024-cü ilin I rübünün nəticələrini elan edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın xalis mənfəəti cari ilin ilk rübündə 7 milyon 344 min manat təşkil edib.
2023-ci illə müqayisədə bank xalis mənfəətini 3 milyon 54 min 71% artırıb.
Hesabat dövründə bank mənfəət vergisi ödəməyib.
Hesabat dövründə bankın faiz gəlirləri 56 milyon 7 min manat təşkil edib ki, bunun da 53 milyon 120 min manatı kreditlər hesabına əldə edilən faiz gəlirlər olub. Ümumi faiz gəlirləri 7 milyon 385 min manat və ya 15%, kreditlərdən əldə edilən faiz gəlirləri isə 6 milyon 556 min manat (14%) artıb.
Bundan başqa 19 milyon 174 min manat faiz xərclərinin 16 milyon 183 min manatını depzoitlər üzrə faiz xərcləri təşkil edib. Göstəricilər müvafiq olaraq 2 milyon 843 min manat (17%) və 3 milyon 143 min manat (24%) artıb.
Beləliklə xalis faiz gəlirləri 5 milyon 136 min manat (17%) artaraq 35 milyon 943 min manata yüksəlib.
Bu dövrdə qeyri-faiz gəlirləri 24 milyon 396 min manat, xərcləri isə 44 milyon 2 min manat təşkil edib. 2023-ci ilin sonu ilə xərclər 1 milyon 244 min manat (3%) artıb.
Əmək haqqı xərcləri də 1 milyon 381 min manat, başqa sözlə 8% artaraq 17 milyon 701 min manata çatıb.
Bundan başqa ümumi və inzibati xərclər 940 min manat (11%) artaraq 9 milyon 510 min manata, amortizasiya xərcləri isə 435 min manat (22%) artaraq 2 milyon 414 min manata çatıb, digər xərcləri 14 milyon 376 min manat təşkil edib.
Bu dövrdə "Unibank" 16 milyon 337 min manat əməliyyat mənfəəti əldə edib ki. bu da son bir ildə 2 milyon 121 min manat (15%) çoxdur.
2023-cü ilin son rübündə "Unibank" 1 milyard 588 milyon 679 min manat aktivlərə malik olub.
Bu ilin ilk rübündə "Unibank" kredit portfeli 1 milyard 47 milyon 456 min manat təşkil edib.
Onun da 607 milyon 843 min manatını istehlak, 347 milyon 554 min manatını biznes kreditləri, 92 milyon 59 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.
2023-ci iin sonu ilə müqayisədə biznes kreditləri 18 milyon 157 min manat (6%), ipoetka kreditləri 1 milyon 321 min manat (1%) böyüyüb.
Ümumi kredit portfelinin 48 milyon 888 min manatını mümkün zərərlər üçün yaradılmış ehtiyat vəsaitləri təşkil edib.
Beləliklə, müştərilərə verilmiş xalis kredit məbləğinin həcmi 998 milyon 567 min manat olub ki, bu da son 3 ayda 20 milyon 43 min manat, başqa sözlə 2% artım deməkdir.
Hesabat dövründə "Unibank"ın öhdəlikləri 1 milyard 437 milyon 878 min manat olub.
Bankın depzoit portfeli 1 milyard 173 milyon 449 min manat təşkil edib. Onun da 936 milyon 727 min manatını fiziki, 236 milyon 721 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Bankın balans kapitalı 1 milyon 972 min manat (1%) artaraq 150 milyon 801 min manata yüksəlib.
Hesabat dövrdə bankın bölüşdürülməmiş mənfəəti 489 min manata bərabər olub.