Cari ilin III rübündə "Bank of Baku"da əmək haqqı xərcləri 23 milyon 691 min manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bankın əmək haqqı xərclərində 1 milyon 414 min manat (7%) artım qeydə alınıb.
2023-ci ilin III rübündə bu göstərici 22 milyon 277 min manat təşkil edib.