Cari ilin üçüncü rübündə "AFB Bank" ASC-nin hüquqi şəxslərin depzoit portfeli 92 milyon 537 min manat təşkil edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, banka qoyulmuş ümumi əmanətlərin həcmi ötən doqquz ay ərzində 6 milyon 188 min manat və ya 7,2% artıb.
Xatırladaq ki, bank ötən ilin son rübündə hüquqi şəxslərin depozit portfeli 86 milyon 349 min manat idi.