Cari ilin üçüncü rübündə "AFB Bank" ASC-nin fiziki şəxslərin depzoit portfeli 53 milyon 632 min manat təşkil edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, banka qoyulmuş ümumi əmanətlərin həcmi ötən doqquz ay ərzində 23 milyon 813 min manat və ya 79,9% artıb.
Xatırladaq ki, bank ötən ilin son rübündə fiziki şəxslərin depozit portfeli 29 milyon 820 min manat idi.