Ötən ilin son rübündə "AccessBank"ın depozit portfeli 1 milyard 21 milyon 575 min manat olub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Depozit portfeli son bir ildə 191 milyon 521 min manat (22%) artıb.
Depozit portfelinin 842 milyon 466 min manatını fiziki şəxslərin, 209 milyon 109 min manatını isə hüquqi şəxslərin əmanətləri təşkil edib.
İllik müqayisədə fiziki şəxslərin əmanətləri 123 milyon 453 min manat (17%), hüquqi şəxslərin əmanətləri isə 68 milyon 68 min manat (48%) artıb.