2023-cü ilin IV rübündə "YapıKredi Bank"ın ümumi depozit portfeli 366 milyon 695 min manat təşkil edib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Depozit portfelinin 89 milyon 959 min manatını fiziki şəxslərin, 276 milyon 737 min manatını hüquqi şəxslərin əmanətləri təşkil edib.
Son bir ildə ümumi depozit portfeli 2 milyon 838 min manat (0,8%), fiziki şəxslərin əmanətləri 9 milyon 207 min manat (11,4%) artıb.