Ötən ilin son rübündə "YapıKredit Bank"ın ümumi kredit portfeli 291 milyon 778 milyon manat təşkil edib.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Ümumi kredit portfelinin 68 milyon 14 min manatı istehlak, 188 milyon 882 min manatı biznes, 34 milyon 881 min manatı daşınmaz əmlak kreditlərinin payını düşüb.
Əvvəlki ilin son rübü ilə müqayisədə ümumi kredit portfeli 54 milyon 833 min manat (23,1%), istehlak kreditləri 22 milyon 707 min manat (50,1%), biznes kreditləri 19 milyon 717 min manat (11,7%), daşınmaz əmlak kreditləri 12 milyon 409 min manat (55,2%) artıb.