2024-cü ildə "Paşa Bank"ın öhdəlikləri 7 milyard 313 milyon manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Məlumata görə bu illik müqayisə ilə 501 milyon manat, başqa sözlə 6% azdır.
Depozit portfelinin həcmi 6 milyard 410 milyon manat olub ki, onun da 1 milyard 888 milyon manatı fiziki, 4 milyard 522 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit protfelində 525 milyon manat (8%), şirkətlərinin depozitlərində isə 779 milyon manat (15%) azalma , fiziki şəxslərin əmanətlərində 254 milyon manat (16%) artım baş verib.