Cari ilin üçüncü rübündə "Paşa Bank" ASC-nin depzoit portfeli 6 milyard 593 milyon 23 min manat təşkil edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, banka qoyulmuş ümumi əmanətlərin həcmi ötən doqquz ay ərzində 411 milyon 296 min manat və ya 5,9% azalıb.
Xatırladaq ki, bank ötən ilin son rübündə 7 milyard 4 milyon 319 min manat depozit portfelinə malik idi.
Depozit portfeinin 1 milyard 725 milyon 534 min manatını fiziki şəxslərin, 4 milyard 867 milyon 489 min manatını hüquqi şəxslərin depozitləri təşkil edib.
Fiziki şəxslərin əmanətləri 2022-ci ilin sonu ilə müqayisədə 156 milyon 830 min manat (10%) artıb, lakin hüquqi şəxslərin depozitləri 568 milyon 126 min manat (10,5%) azalıb.