Azərbaycanın ən iri banklarından olan "PAŞA Bank" ASC kreditləşmə üzrə bazar payında geriləyib.
FED.az xəbər verir ki, bununla bağlı bu gün "PAŞA Bank" ASC-nin 2023-cü ilin ilk 6 ayının nəticələrinə həsr olunmuş mətbuat konfransında Bankın İdarə Heyətinin üzvü Murad Süleymanov təqdimatında bildirib.
Murad Süleymanov qeyd edib ki, 30 iyun 2023-cü il tarixində "PAŞA Bank"ın aktivlər üzrə bazar payı 18.5%, müştərilərə verilən kreditlər üzrə 12,5%, o cümlədən korporativ kreditləşmə üzrə 25,3% təşkil edib.
Ötən ilin sonunda isə bankın aktivlər bazar payı 17.2%, müştərilərə verilən kreditlər üzrə 14,9%, o cümlədən korporativ kreditləşmə üzrə 27,4% olmuşdu.
Bank rəsmisi qeyd edib ki, "PAŞA Bank"ın müştərilərə verilən kreditlər üzrə bazar payı 2,4% bəndi azalaraq 12,5%-ə, korporativ kreditləşmə üzrə bazar payı isə 2,1% bəndi azalaraq 25,3%-ə düşüb.