2024-cü ildə "Bank of Baku"nun öhdəlikləri 778,6 milyon manat təşkil edib. Öhdəliklər son 46,7 milyon manat, başqa sözlə 5% artıb.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bank Of Baku"nun depozit portfelində də artım müşahidə olunub. Belə ki, bu dövrdə bank 592,5 milyon manat depozit portfelinə malik olub. Onun da 535,2 milyon manatı fiziki, 57,3 milyon manatı isə hüquqi şəxslərin əmanətləri olub.
2023-cü ilin sonu ilə müqayisədə depozit portfeli 76,7 milyon manat (15%), fiziki şəxslərin depozitləri 59,5 milyon manat (13%), hüquqi şəxslərin depozitləri isə 17,2 milyon manat (43%) artıb.