2024-cü ildə "Bank of Baku"nun kredit portfeli 760,4 milyon manat təşkil edib.
FED.az bu barədən bankın rüblük hesbatına istinadən xəbər verir.
Məlumata görə, kredit portfelindən istehlak kreditlərinin payına 579,3 milyon manat, biznes kreditlərinin payına 132,7 milyon manat, daşınmaz əmlak kreditlərinin payına isə 48,4 milyon manat düşüb.
2023-cü ilin sonu ilə müqayisədə ümumi kredit portfeli 101,4 milyon manat (15%), istehlak kredit portfeli 103,2 milyon manat (22%), ipoteka kreditlərinin həcmi 13,5 milyon manat (39%) artıb.
Ümumi kredit portfelinin 55,2 milyon manatını mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyat vəsaiti təşkil edib.
Nəticədə xalis kredit portfelinin həcmi 705,3 min manata bərabər olub ki, bu da illik 105,8 milyon manat və ya 18% artım deməkdir.