“Bank Avrasiya” 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“FED.az” bankın hesabatına istinadən xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 3 milyon 28 min manat və ya 23,7% artaraq 15 milyon 871 min manat, faiz xərcləri isə 945,3 min manat və ya 43,3% artaraq 3 milyon 128 min manat təşkil edib.
Bu dövrdə bank müştərilərinə verdiyi kreditlərdən 12 milyon 439 min manat faiz gəliri əldə edib ki, bu da illik müqayisədə 1 milyon 845 min manat və ya 17,4% çoxdur.
Beləliklə xalis faiz gəlirlər 12 milyon 559,1 min manat olub ki, bu da illik müqayisədə 1 milyon 99 min manat və ya 9,6% çoxdur.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 2 milyon 808 min manat, qeyri-faiz xərcləri isə 8 milyon 424 min manata bərabər olub.
İllik müqayisədə gəlirlər 34 min manat (1,2%) , xərclər isə 1 milyon 493 min manat (21,5%) artıb.
Beləliklə, bank bu dövrdə 6 milyon 942 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilə nisbətən 4,8% (350 min manat) azdır.
2023-cü il “Bank Avrasiya”nın xalis mənfəəti 2022-ci illə müqayisədə 4 milyon 806 min manat 3.6 dəfə artaraq 6 milyon 621 min manat təşkil edib. 2022-ci ildə bank 1 milyon 815 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bank 2 milyon 119,6 min manat mənfəət vergisi ödəyib.
Ötən il bankın aktivləri 17,7% və ya 39 milyon 730 min manat azalaraq 184 milyon 537 min manata düşüb. Bu dövrdə “Bank Avrasiya”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 9,4% (11 milyon 817 min manat) artaraq 137 milyon 169 min manata çatıb.
Kredit portfelinin 15 milyon 475 min manatını istehlak kreditləri, 66 milyon 214 min manatını biznes kreditləri, 56 milyon 139 min manatını isə ipoteka kreditləri təşkil edib.
Son bir ildə stehlak kreditləri 11 milyon 817 min manat (9,4%), ipoteka kreditləri 6 milyon 564 min manat (13,2%) artıb, biznes kreditləri isə 686 min manat (1%) azalıb.
Bu dövrdə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 104 milyon 99 min manat təşkil edib ki, bu da illik müqayisədə 46,4 milyon və ya 30,8% manat azdır. Hesabat dövründə bankın depozit portfeli də 31,2 milyon manat və ya 39,2% azalaraq 48 milyon 484 min manata enib.
Depozit portfelinin 42 milyon 450 min manatını fiziki şəxslərin əmanətləri, 6 milyon 35 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Fiziki şəxslərin depozitləri 24 milyon 621 min manat və ya 36,7%, hüquqi şəxslərin depozitləri isə 6 milyon 593 min manat 2,1 dəfə azalıb.
2023-cü il oktyabr ayının 1-nə “Bank Avrasiya”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 6 milyon 631 min manat və ya 9% artaraq 80 milyon 438 min manat təşkil edib.
Bölüşdürülməmiş mənfəətin həcmi isə 6 milyon 621 min manat, başqa sözlə 30,3% artaraq 28 milyon 471 min manata çatıb.