Cari ilin ilk rübündə "Premium Bank"ın depozit portfeli 387 milyon 953 min manata bərabər olub.
FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
Bu ötən ilin sonu ilə müqayisədə 38 milyon 817 min manat və ya 9% azdır.
Depozit portfelinin 323 milyon 683 min manatını fiziki şəxslərin əmanətləri, 64 milyon 270 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Fiziki şəxslərin depozitləri 7 milyon 174 min manat və ya 2% hüquqi şəxslərin depozitləri 31 milyon 643 min manat 33% azalıb.