Səudiyyə Ərəbistanının ən böyük bankı “National Commercial Bank” (NCB) rəqibi “Samba Financial Group”u almaq üçün razılıq əldə edib.
Eləcə də bax: Səudiyyə Ərəbistanı büdcəsini - 50 Dollardan Hesablayır
FED.az xəbər veirr ki, alqı-satqı baş tutsa, bu, 2020-ci ilin ən böyük bank birləşməsi olacaq.
NCB “Samba”ın hər səhmi üçün 28,5 rial (7,6 ABŞ dolları), ümumilikdə isə 55,7 milyard rial (təxminən 14,8 milyard dollar) ödəyəcək. Birləşmədən sonra yaranacaq yeni bankın əsas səhmdarı 27,2% payla Krallığın Sərvət Fondu olacaq.
Yeni bank 220 milyard dollarlıq aktivlə Körfəz bölgəsinin 3-cü ən böyük bankı olacaq. Onun bazar dəyəri 46 milyard dollar təşkil edəcək və bununla da 268 milyard dollarlıq aktivi olan Yaxın Şərqin ən böyük bankı “Qatar National Bank QPSC”nin bazar dəyərinə yaxınlaşacaq. (Report)