2025-ci ilin fevralın 1-nə Azərbaycan banklarının sənaye sahəsinə verilmiş biznes kreditlərinin həcmi 2 milyard 690,1 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Bu növ kreditlərin həcmi aylıq müqayisədə 21,2 milyon manat (0,8%) azalıb, illik müqayisədə 22,1 milyon manat (0.,8%) böyüyüb.
Qeyd edək ki, sənaye sahəsinə verilmiş biznes kredit portfeli 2025-ci ilin yanvarın 1-nə 2 milyard 711,3 milyon manat, ötən ilin eyni dövrünə 2 milyard 668 milyon manat təşkil edib.
2025-ci ilin fevralın 1-nə Azərbaycan banklarının cəmi biznes kredit portfeli 14 milyard 709,9 milyon manat təşkil edib.
Biznes kredit portfeli aylıq müqayisədə 77,3 milyon manat (0,5%) kiçilib, illik müqayisədə 1 milyard 797 milyon manat (13,9%) böyüyüb.
Qeyd edək ki, ümumi biznes kredit portfeli 2025-ci ilin yanvarın-nə 14 milyard 787,2 milyon manatın, ötən ilin eyni dövrünə 12 milyard 912,9 milyon manat təşkil edib.