2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının mikro sahibkarlığa verilən biznes kreditlərinin həcmi 3 milyard 107,3 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Bu kreditlərin həcmi aylıq müqayisədə 17 milyon manat (0,6%), illik müqayisədə 477,4 milyon manat (18,2%) artıb.
Qeyd edək ki, mikro sahibkarlığa verilən biznes kreditlərinin həcmi 2024-cü ilin dekabrın 1-nə 3 milyard 90,3 milyon manatın, ötən ilin eyni dövrünə 2 milyard 629,9 milyon manat təşkil edib.
Bundan başqa üçün xatırlatma üçün bildirək ki, 2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının cəmi biznes kredit portfeli 14 milyard 787,2 milyon manat təşkil edib.
Biznes kredit portfeli aylıq müqayisədə 40,5 milyon manat (0,2%), illik müqayisədə 2 milyard 170,4 milyon manat (17,2%) böyüyüb.
Qeyd edək ki, ümumi biznes kredit portfeli 2024-cü ilin dekabrın 1-nə 14 milyard 746,7 milyon manat, ötən ilin eyni dövrünə 12 milyard 616,8 milyon manat təşkil edib.