2025-ci ilin aprelin 1-nə Azərbaycan banklarının sənaye sahəsinə verilmiş biznes kredit portfeli 2 milyard 689,2 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 13,2 milyon manat (0,5%), ötən ilin sonu ilə müqayisədə 22,1 milyon manat (0,8%) azalıb, illik müqayisədə 29,5 milyon manat (11,1%) böyüyüb.
Qeyd edək ki, bu sahə üzrə banklar tərəfindən verilmiş kreditlərin məbləği bu ilin martın 1-nə 2 milyard 702,4 milyon manat, yanvarın 1-nə 2 milyard 711,3 milyon manat, ötən ilin eyni dövrünə 2 milyard 659,7 milyon manat təşkil edib.