Əsas səhmdarı "Ziraat Bank Azərbaycan" ASC-yə lazımi dəstəyin təmin ediləcəyini bildirib.
"Ziraat Bank Azərbaycan"ın faiz gəlirləri 54%-dən çox artıb
FED.az xəbər verir ki, "Ziraat Bank Azərbaycan" ASC-nin əsas səhmdarı - “T.C. Ziraat Bankası” A.Ş.-in Müşahidə Şurasının sədri Burhaneddin Tanyeri, Müşahidə Şurasının üzvləri Feyzi Çutur və Fazlı Kılıç Bakıda işgüzar səfərdə olublar. Qonaqlar “Ziraat Bank Azərbaycan” ASC-in Müşahidə Şurasının sədri Himmet Aksoy, üzvləri Korcan Şahin və Sedat Yılmaz-ın qatıldığı iclasda iştirak ediblər.
Görüş zamanı "Ziraat Bank Azərbaycan"nın stratejı planının reallaşmasında əsas səhmdar tərəfindən lazımi dəstəyin təmin ediləcəyi bildirilib.
İclasda “T.C. Ziraat Bankası” A.Ş.-in Müşahidə Şurasının sədri Burhaneddin Tanyeri, "Ziraat Bank Azərbaycan"nın maliyyə inklüzivliyinin gücləndirilməsinə dair öz tövsiyələrini də verib.
İclasdan sonra rəhbərlik “T.C. Ziraat Bankası” A.Ş.-in 160 illiyini əməkdaşlar ilə birlikdə qeyd ediblər.