Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Bank

  1. Ana səhifə
  2. Bank
  1. Bank

Samir Şahkərimov: “Yelo Bank biznes kreditlərinin artım dinamikasına görə ölkə bankları arasında birincidir” - MÜSAHİBƏ

Samir Şahkərimov: “Yelo Bank biznes kreditlərinin artım dinamikasına görə ölkə  bankları arasında birincidir” - MÜSAHİBƏ | FED.az
15:42 10 Noy 2022

2022-ci ilin ilk 9 ayı ərzində biznes kredit portfelinin artım tempinə görə (40%) Yelo Bank ölkə bankları arasında 1-ci yerdədir.

Eləcə də bax: "Yelo Bank"ın aktivləri - 800 MLN MANATA ÇATIR

FED.az bankın İdarə Heyəti üzvünün Mikro Biznes Müştəriləri üzrə müavini Samir Şahkərimovun bu istiqamətdə gələcək planlar və yeniliklər barədə geniş müsahibəsini təqdim edir:

Eləcə də bax: Bank əməkdaşlarının iştirakı ilə “Yelo Stars” tədbiri keçirildi

- Salam, Samir bəy. 2022-ci ilin sonlarına doğru gedirik. Biznes kreditləşməsi istiqamətində bu ilki vəziyyəti necə dəyərləndirirsiniz? Pandemiyadan əvvəlki tempinə qayıdıb?

Eləcə də bax: Yelo App ilə xarici bank kartlarına - PUL KÖÇÜRÜN

- Etiraf edim ki, pandemiya şəraiti bank sektoruna, eləcə də Yelo Bank-a da təsirsiz ötüşmədi. Vacib olan isə bu şəraitin təsirlərinə anında reaksiya vermək və müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi idi. Yelo Bank olaraq hesab edirəm ki, bu çağırışın öhdəsindən uğurla gələ bildik. Əvvəlki il ilə müqayisədə bu il vəziyyət tamamilə fərqlidir. Canlanma bu gün iqtisadiyyatın istənilən sahəsində, o cümlədən, sahibkarlıq subyektlərinin fəaliyyətində də hiss olunur. Pandemiyadan zərərçəkmiş sahibkarların mövcud kreditləri üzrə faizlərin dövlət tərəfindən subsidiyalaşdırılması, dövlət zəmanətli və faizləri subsidiyalaşdırılmış kreditlərin verilməsi kimi tədbirlərin burda rolu xüsusidir. Əminliklə deyə bilərəm ki, hazırda biznes sektorunda vəziyyət pandemiyadan əvvəlkinə qayıdıb. Bankımızın biznes kreditləşməsi istiqamətində cari ildə əldə etdiyi uğurlar, biznes kreditləri üzrə portfelin keyfiyyət göstəricisi və sahibkarlar tərəfindən daxil olan kredit müraciətlərinin həcmi də buna əyani sübutdur.

- İlin əvvəlindən Yelo Bank-ın xidmət şəbəkəsini məhz regionlarda genişləndirdiyini görürük. Bu tendensiyanın davamı kimi daha hansı planlarınız var?

- Demək olar ki, hər kəs artıq 2021-2023-cü illəri əhatələyən strategiya inkişaf planımızdan xəbərdardır. Hazırki fəaliyyətimiz bu plana uyğun olaraq uğurla həyata keçirilir. Qürur hissi ilə bildirim ki, strategiyada biznes iqtiqaməti üzrə müvafiq dövr üçün nəzərdə tutulmuş hədəflər nəinki tam, hətta artıqlaması ilə yerinə yetirilib. Bu planın bir hissəsi də filial şəbəkəsinin genişləndirilməsi idi. Bu prosesə start verməzdən qabaq Yelo Bank filiallarının böyük əksəriyyəti Bakıda cəmlənmişdi. Təbii ki, belə formada yerləşmə ilə kifayətlənmədik, regionlarda yaşayan əhalinin maliyyə əlçatanlığını təmin etməyi hədəflədik. Nəticədə cari il ərzində Ağcabədi, Salyan və Qəbələ rayonlarında yerləşməklə, müasir standartlara tam cavab verən və müştərilərimizə hərtərəfli xidmət göstərən 3 region filialımızı istifadəyə verdik. Bunlardan “Ağcabədi” və “Qəbələ” filialları ənənəvi bank modelindən fərqli olaraq rəqəmsal konsepsiya üzərində qurulub. Yəni burada bank əməliyyatları xəzinə olmadan, aparatlar vasitəsilə icra olunur. İl sonunadək və növbəti il böyük əksəriyyəti regionlarda olmaqla bu konsepsiyada daha bir neçə filialımızın açılması nəzərdə tutulub.

- Yelo Bank-ın kredit portfelində biznesin payı nə qədərdir və hansı sahələrə daha çox biznes kreditləri ayrılır?

- Real sektorun maliyyələşdirilməsində Bankımız hər zaman maraqlıdır. Cari il ərzində Yelo Bank tərəfindən verilmiş kreditlərin 67%-i mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə ayrılıb. Bu kreditlər isə Bankın ümumi kredit protfelinin 65%-ni təşkil edir. Ümumilikdə cari il ərzində sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi məqsədilə tərəfimizdən 288.4 milyon manat həcmində biznes krediti verilib. Sahibkarların ilbəil artan maliyyə tələbatı tendensiyasını nəzərə alsaq, qarşıdakı dövrlərdə bu nisbətin bir qədər də artacağı gözlənilir. Onu da vurğulayım ki, cari ilin 3-cü rübünün sonuna olan statistik məlumata əsasən, Yelo Bank biznes kredit portfelinin artım dinamikasına görə ölkə bankları arasında birinci yerdədir.

Sahibkarlıq fəaliyyətinin istənilən sahəsi tərəfimizdən maliyyələşdirilir, lakin daha çox kredit ayrılan sektorlar ticarət, xidmət və kənd təsərrüfatıdır. Ölkədə qeyri-neft sektorunun inkişafına olan maraq, real sektorun bu sahələrinə davamlı investisiyanı vacib edir. Bank olaraq bu imkanları reallaşdırmaq prioritetimizdir.

- Sahibkarlığın İnkişafı Fondunun açıqladığı statistikada cari ilin əvvəlindən kredit sayına görə ən çox kredit verən banklar arasında ilk üçlükdəsiniz. Müvəkkil bank kimi fondlar hesabına nə qədər kredit verilməsi planlaşdırılmışdı və planın hansı hissəsi yerinə yetirilib?

-  Hazırda Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Kredit və İnkişaf Agentliyi” ilə Bankımız sıx əməkdaşlıq edir və bu əməkdaşlığın uzunmüddətli xarakter daşıması qarşıda duran əsas məsələlərdəndir. Cari il ərzində sözügedən fondların vəsaiti hesabına Yelo Bank tərəfindən 571 sahibkara 11.2 milyon manat həcmində güzəştli kredit verilib. Məlumat üçün bildirim ki, müştərilərimiz Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına 10 milyon manatadək biznes kreditini illik 5%-lə, 60 ayadək müddətə və 24 ayadək güzəşt ilə əldə edə bilərlər. Həmçinin, kənd təsərrüfatı sahəsinin inkişafı məqsədilə Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına 200 000 manatadək kreditlər illik 7%-lə 60 ayadək müddətə və 12 ayadək güzəştlə təklif edilir.

- Yelo Bank ilk dəfə mobil tətbiq vasitəsilə onlayn biznes kredit kartı məhsulunu tətbiq edib. Bu məhsulun üstünlükləri nələrdir və sahibkarları daha hansı rəqəmsal yenilikləriniz gözləyir?

- Sahibkarların sürətli və funksional kredit məhsullarına ehtiyacı artırdı. Strategiyamızda sadə və əlçatan yollarla yenilikçi maliyyə xidmətlərimizin yaradılması da nəzərdə tutulub. Bütün bunların fonunda yeni kredit məhsullarının yaradılması vacib idi, nəticədə Yelo Bank olaraq sahibkarlar üçün məsafədən kreditləşməni təmin edən yeniliklər gətirdik. Bunlardan ilki sahibkarlara növbəti krediti tam olaraq onlayn əldə etməyə imkan verən Mikro Biznes kart məhsulumuz oldu. Belə ki, mikro kredit əldə edən bütün sahibkar müştərilərimiz sözügedən kartı pulsuz əldə edir, növbəti kredit məbləği isə həmin karta köçürülür. Sahibkar öz dəyərli vaxtını bankda sənədləşmə prosesinə deyil, öz biznesinin inkişafına ayırır.

Ardınca daha innovativ və tam rəqəmsal Mikro Biznes kredit kartını istifadəyə verdik. Xidmətin üstünlüyü ondadır ki, hətta Banka ilk dəfə müraciət edən sahibkar bütün kreditləşmə prosesini təmin edən mobil tətbiqimiz sayəsində kartı tam onlayn əldə etmiş olur.  Bundan başqa kredit ödənişi qismində ödənilən məbləğlər müştərinin biznes kartına köçür və bu vəsaiti yenidən istifadə etmək imkanı yaranır.

Təbii ki, yeniliklərimiz bununla bitmir. Sahibkarların dəyişən ehtiyaclarını mütəmadi olaraq müxtəlif vasitələrlə araşdırırıq. Planımız sahibkarların fəaliyyət istiqamətinə, başqa sözlə, biznes sektorlarının maliyyə tələbatına uyğun məhsulların hazırlanmasıdır. Hazırda bu istiqamətdə yeni layihə üzərində işlər gedir və yaxın gələcəkdə müştərilərimizin istifadəsinə veriləcək.

- Biznes kreditləşməsi bazarında rəqabət güclənir. Gələn ilə hansı planlarınız var?

- Başlıca planımız növbəti il üçün nəzərdə tutulmuş hədəflərimizə çatmaq, ən əsası mikro kredit portfeli üzrə hazırki mövqeyimizi qorumaq və sürətlə böyüməkdir. Təbii ki, bu asan olmayacaq, özünüz də qeyd etdiniz ki, rəqabət güclənir, sektora yeni “oyunçular” daxil olur. Real sektorun maliyyələşdirilməsi növbəti il üçün də əsas hədəfimiz olaraq qalacaq. Təbii ki, sahibkarlıq fəaliyyətinin istiqamətlərinə uyğun kredit məhsulları yaratmaqla, sahibkarların maraqlarına xidmət də ön plandadır. Regionlarda filial şəbəkəmizin genişlənəcəyini də bir daha xatırlatmaq istərdim. Yeni xidmətlərlə yanaşı hazırki xidmət və məhsullarımızda da optimizasiya işləri aparılır. Bunun sayəsində proseslərin sürətləndirilməsinə, məsafədən bank xidmətlərində əlavə komfort yaratmağa, müştəri mənuniyyətinin daha da yüksəldilməsinə nail olacağıq. Bir sözlə, fəaliyyətimizi parlaq bankçılıq şüarımıza uyğun davam etdirərək hər zaman “öncə müştəri” dəyərimizə sadiq qalacağıq.

Bank xidmətləri, həmçinin, mikro kredit (https://www.yelo.az/az/business/loans/micro-loans/) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Samir Şahkərimov: “Yelo Bank biznes kreditlərinin artım dinamikasına görə ölkə  bankları arasında birincidir” - [red]MÜSAHİBƏ[/red] | FED.azSamir Şahkərimov: “Yelo Bank biznes kreditlərinin artım dinamikasına görə ölkə  bankları arasında birincidir” - [red]MÜSAHİBƏ[/red] | FED.azSamir Şahkərimov: “Yelo Bank biznes kreditlərinin artım dinamikasına görə ölkə  bankları arasında birincidir” - [red]MÜSAHİBƏ[/red] | FED.azSamir Şahkərimov: “Yelo Bank biznes kreditlərinin artım dinamikasına görə ölkə  bankları arasında birincidir” - [red]MÜSAHİBƏ[/red] | FED.az
Banner
Banner
  • Samir Şahkərimov
  • bank
  • Yelo Bank
  • biznes kreditləri
  • artım
  • dinamika
  • ölkə
  • banklar
Paylaş

Digər xəbərlər

"Yelo Bank"ın mikro krediti ilə - BİZNES MƏQSƏDLƏRİNİZƏ ÇATIN
Bank 27 Yan 2023
"Yelo Bank"ın mikro krediti ilə - BİZNES MƏQSƏDLƏRİNİZƏ ÇATIN
ABB-dən ətraf mühit və yaşıl artıma - DƏSTƏK
Bank 27 Yan 2023
ABB-dən ətraf mühit və yaşıl artıma - DƏSTƏK
Azər Türk Bank iri biznes üçün sərfəli kredit - TƏKLİF ETMƏKDƏDİR
Bank 27 Yan 2023
Azər Türk Bank iri biznes üçün sərfəli kredit - TƏKLİF ETMƏKDƏDİR
«Birbank»dan 2 otaqlı mənzil və avtomobillər udan qaliblər - SİYAHI
Bank 27 Yan 2023
«Birbank»dan 2 otaqlı mənzil və avtomobillər udan qaliblər - SİYAHI
Birbank lotereyasının qalibləri - MƏLUM OLDU - BANK AÇIQLADI - TAM SİYAHI
Bank 27 Yan 2023
Birbank lotereyasının qalibləri - MƏLUM OLDU - BANK AÇIQLADI - TAM SİYAHI
Azərbaycanın iri bankı Türkiyənin iri inşaat şirkətilə yeni layihəni - MÜZAKİRƏ EDİB
Bank 27 Yan 2023
Azərbaycanın iri bankı Türkiyənin iri inşaat şirkətilə yeni layihəni - MÜZAKİRƏ EDİB
«Premium bank» kiçilir, kreditləri azalır, müştərilər pullarını geri çəkirlər – BANK QƏNAƏTƏ KEÇİB - HESABAT
Bank 26 Yan 2023
«Premium bank» kiçilir, kreditləri azalır, müştərilər pullarını geri çəkirlər – BANK QƏNAƏTƏ KEÇİB - HESABAT
“Rabitəbank”la Türkiyəyə pul göndərmək - İNDİ DAHA SƏRFƏLİDİR!
Bank 26 Yan 2023
“Rabitəbank”la Türkiyəyə pul göndərmək - İNDİ DAHA SƏRFƏLİDİR!
Bank Respublika və IFC sahibkarlığın dəstəklənməsi üçün iri həcmli - KREDİT SAZİŞİ İMZALAYIB
Bank 26 Yan 2023
Bank Respublika və IFC sahibkarlığın dəstəklənməsi üçün iri həcmli - KREDİT SAZİŞİ İMZALAYIB
«Bank of Baku» 40% böyüdü - MƏNFƏƏTİ 60% ARTDI - HESABAT
Bank 26 Yan 2023
«Bank of Baku» 40% böyüdü - MƏNFƏƏTİ 60% ARTDI - HESABAT
«ASB Bank»ın vəziyyəti məlum oldu - RƏQƏMLƏR AÇIQLANDI
Bank 25 Yan 2023
«ASB Bank»ın vəziyyəti məlum oldu - RƏQƏMLƏR AÇIQLANDI
2022-ci ildə ən çox qazanan və itirən - BANKLAR – TAM SİYAHI, MƏBLƏĞLƏR (2022) - YENİLƏNİB
Bank 25 Yan 2023
2022-ci ildə ən çox qazanan və itirən - BANKLAR – TAM SİYAHI, MƏBLƏĞLƏR (2022) - YENİLƏNİB
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Azərbaycan və Misir əczaçılıq sahəsində - Müştərək Müəssisələr Yaradacaq
    13:59 28 Yan 2023
  • Azərbaycan və Misir prezidentlərinin geniş tərkibdə - GÖRÜŞÜ OLUB
    13:53 28 Yan 2023
  • Fransa XİN-i Azərbaycanın Tehrandakı səfirliyinə hücuma - MÜNASİBƏT BİLDİRİB
    13:38 28 Yan 2023
  • Dağlara qar yağacaq - BAZAR GÜNÜNÜN HAVA PROQNOZU
    13:34 28 Yan 2023
  • Rusiyadan xaricə pul köçürmələri rekord həddə çatıb - STATİSTİKA
    13:26 28 Yan 2023
  • İMEİ nömrəsinin dəyişdirilməsi üzrə protokol tərtib etmək səlahiyyəti olan - Vəzifəli şəxslər müəyyənləşəcək
    13:19 28 Yan 2023
  • Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə - MÜZAKİRƏ OLUNUB
    13:09 28 Yan 2023
  • Azərbaycan-Misir sənədləri imzalanıb - FOTO
    13:00 28 Yan 2023
  • Malın gömrükdən buraxılmasına dair müraciətə - 1 GÜNƏ BAXILACAQ
    12:54 28 Yan 2023
  • Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək - MƏBLƏĞLƏR
    12:50 28 Yan 2023
  • Prezident Telekommunikasiya haqqında qanuna edilən dəyişikliyi təsdiqlədi - FƏRMAN
    12:45 28 Yan 2023
  • Malın gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair - QAYDALAR HAZIRLANACAQ
    12:42 28 Yan 2023
  • Dövlət qurumu yük avtomobilləri üçün yağlar və mayelər alır- TENDER ELANI
    12:40 28 Yan 2023
  • Dövlət qurumu minik avtomobilləri üçün yağlar və mayelər alır - TENDER ELANI
    12:38 28 Yan 2023
  • Prezident “Gömrük tarifi haqqında” qanuna edilən dəyişikliyi təsdiqlədi - FƏRMAN
    12:38 28 Yan 2023
  • Xüsusi baş geyimlərinin alınması ilə bağlı - TENDER ELAN
    12:32 28 Yan 2023
  • AMB: Sığorta sektorunda boşluqların doldurulması istiqamətində işlər davam edir
    12:32 28 Yan 2023
  • G7 Rusiyanın dizel yanacağı üçün - 100-110 dollar qiymət həddini dəstəkləyir
    12:19 28 Yan 2023
  • Bakı Şəhər İH abadlıq üzrə çoxmilyonluq tender elan etdi
    12:08 28 Yan 2023
  • Ən çox maaş alan iri bankın baş direktorunun maaşı - 25 milyon dollara qədər azaldı
    12:03 28 Yan 2023
  • Bakı Şəhər İH malların alınması üzrə çoxmilyonluq tender elan etdi
    12:02 28 Yan 2023
  • Tesla səhmləri ardıcıl 2 gündə - 20%-DƏN ÇOX BAHALAŞIB
    11:59 28 Yan 2023
  • Ermənistanda qadınlar da hərbi xidmət edə biləcək
    11:54 28 Yan 2023
  • Rəqabət Məcəlləsi uzun illərdən sonra Milli Məclisdə - MÜZAKİRƏYƏ ÇIXARILACAQ
    11:51 28 Yan 2023
  • Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planı açıqlanıb - SİYAHI
    11:45 28 Yan 2023
  • “Nissan” mühərrikdəki nasazlığa görə 520 min avtomobili - GERİ ÇAĞIRIR
    11:39 28 Yan 2023
  • Rayonlarda texniki binanın icarəyə götürülməsi ilə bağlı - TENDER ELANLARI
    11:35 28 Yan 2023
  • BMT Azərbaycanın Tehrandakı səfirliyinə - HÜCUMU PİSLƏYİB
    11:32 28 Yan 2023
  • “Tatspirtprom” Azərbaycanda məhsulun butulkalara doldurulmasını - TƏŞKİL EDƏCƏK
    11:26 28 Yan 2023
  • Maliyyə Monitorinqi Xidməti – AUDİTOR SEÇİR
    11:22 28 Yan 2023
  • Bu şəxslərin də maaşı artırılaraq - 1296 MANAT OLDU
    11:17 28 Yan 2023
  • Xüsusi yağlar və mayelərin alınması üzrə - TENDER ELANI
    11:14 28 Yan 2023
  • Aşpaz Nusret qazancının 50 faizini kimsəsiz uşaqlara bağışladı - FOTO
    11:01 28 Yan 2023
  • “Boeing” bu il 10 min insanı - İŞƏ GÖTÜRƏCƏK
    10:48 28 Yan 2023
  • Dövlət qurumu 400 ton yonca otu alır - TENDER
    10:47 28 Yan 2023
  • Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
    10:42 28 Yan 2023
  • Dövlət qurumu 300 ton vələmir və yemlik arpa alır
    10:40 28 Yan 2023
  • Dövlət Sərhəd Xidməti – TENDER ELAN ETDİ
    10:35 28 Yan 2023
  • Misir Prezidentinin Bakıda Azərbaycanın iş adamları ilə görüşü olub - FOTOLAR
    10:33 28 Yan 2023
  • DOST Agentliyi - TENDER ELAN ETDİ
    10:29 28 Yan 2023
  • “Moody's” 2024-cü ilə qədər neft və qaz qiymətləri ilə bağlı - Proqnozlarına Yenidən Baxıb
    10:27 28 Yan 2023
  • İqtisadi Şuranın iclası keçirilib, bank sektoruna dair vergi məsələləri - MÜZAKİRƏ OLUNUB
    10:23 28 Yan 2023
  • Milli Məclisin fevralın 1-də keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHI
    10:19 28 Yan 2023
  • Bakı Metropoliteni 279,7 ton metal məmulatı alır - TENDER ELANI
    10:16 28 Yan 2023
  • SOCAR 2022-ci il üzrə əsas istehsalat göstəricilərini - AÇIQLADI
    10:08 28 Yan 2023
  • Azərbaycanda şüşə şirkəti 122 ton polietilen örtük alır - TENDER ELANI
    10:05 28 Yan 2023
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    10:02 28 Yan 2023
  • Müxtəlif növ qaynaq çubuqlarının alınması ilə bağlı - TENDER ELANI
    09:53 28 Yan 2023
  • Bu şirkət "Faktor Lizinq"i - MƏHKƏMƏYƏ VERİB
    09:39 28 Yan 2023
  • Dövlət qurumu mühafizə xidməti ilə bağlı – TENDER KEÇİRİR
    09:28 28 Yan 2023
  • Dövlət qurumu 20 000 ədəd qulaqlı papaq alır
    09:20 28 Yan 2023
  • Dövlət Turizm Agentliyi – TENDER ELAN ETDİ
    09:12 28 Yan 2023
  • Müdafiə Nazirliyindən iki – TENDER ELANI
    08:56 28 Yan 2023
  • QMİ Azərbaycanın İrandakı səfirliyinə hücumu siyasi məqsədli terror aktı kimi qiymətləndirib - BƏYANAT
    18:26 27 Yan 2023
  • Səfirliyimizə hücum edən terrorçu rahatlıqla müsahibə verir - FOTO - VİDEO
    18:18 27 Yan 2023
  • Bir evə 2 nəfər - “KUPÇA” ALA BİLƏRMİ?
    18:12 27 Yan 2023
  • Azərbaycanda kapital dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2022)
    18:03 27 Yan 2023
  • Azərbaycanda 5 şirkətin səhmləri satışa çıxarılır – SİYAHI
    18:03 27 Yan 2023
  • Azərbaycanda öhdəliklərin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2022)
    17:57 27 Yan 2023
  • «Tesla» satışları artırıb - Rekord mənfəət əldə edib
    17:56 27 Yan 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!