2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarında sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 292,9 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 49,5 milyon manat və ya 20,3% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin noyabrın 1-nə bankların sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri 243,3 milyon manat həcmində olub.