2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının ipoteka kredit portfeli 3 462,3 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 600,8 milyon manat və ya 21% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin noyabrın 1-nə bankların ipoteka kredit portfeli 2 861,5 milyon manat həcmində olub.




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








