ABB “Sahibkarlar Klubu”na üzv olan bir qrup iş adamı ilə birgə tədbir təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin dəstəyi ilə keçən toplantıda 30-dan çox sahibkar iştirak edib. Klubun bir illik fəaliyyətinə nəzər salınıb, iş adamları üçün yaratdığı imkanlar dəyərləndirilib.
ABB bankın nümayəndəsi: «İş adamları 16%-lə, 4 illik krediti girovsuz götürə bilərlər» - MÜSAHİBƏ
FED.az xəbər verir ki, toplantı iştirakçıları vergi qanunvericiliyi, idxal-ixrac əməliyyatları üzrə gömrük rəsmiləşdirilməsi, eyni zamanda Azərbaycan bazarındakı mövcud fürsətlərlə bağlı məlumatlandırılıblar. İş adamlarını maraqlandıran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.