İş adamlarını, xüsusilə mikro sahibkarları maraqlandıran əsas məsələlərdən biri kreditlər və kredit şərtləridir. Azərbaycan Beynəlxalq Bankı – ABB son dövrlər bu sahədə ciddi yeniliklərə başlayıb.
Eləcə də bax: ABB-də cəmi - 13%-LƏ KREDİT FÜRSƏTİ
ASAN Radioda yayımlanan «Sahibkarlar Klubu» «ASAN Radio» və Azərbaycan Beynəlxalq Bankının (ABB) birgə layihəsidir. ABB-nin kiçik və orta sahibkarları ilə iş departamentinin nümayəndəsi Elim Süleymanlı mikrokreditlər, onların şərtləri və həmin kreditlərin ayrılması prosesi ilə bağlı sualları cavablandırıb.
FED.az həmin müsahibəni təqdim edir.
- Elim müəllim, gəlin ilk növbədə aydınlaşdıraq ki, mikrokreditlər hansı kreditlərdir və kimlər üçün nəzərdə tutulur?
- Qeyd edim ki, sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına əsasən mikrosahibkarlara - illik dövriyyəsi 200 min manata və işçilərinin sayı isə 10-a qədər olan sahibkarlar aiddir. Bu kriteriyanı özündə birləşdirən sahibkarlar mikro sahibkarlar adlanır. Fəaliyyət sahələri isə müxtəlif ola bilər: ticarət, kənd təsərrüfatı və s. xidmət sahələri özündə cəmləşdirir.
- Söhbət ancaq fərdi sahibkarlardan gedir, yoxsa hüquqi şəxs yaradaraq da?
- Mahiyyət etibarilə bölgü aparılanda sahibkar və hüquqi şəxs bölgüsü yoxdur. Konkret olaraq dövriyyəsi 200 min manata qədər olan şirkət də ola bilər.
- İşçilərin sayı və illik dövriyəsi ilə bağlı hər iki şərt ödənməlidir, yoxsa biri ödənsə kifayətdir?
- Nazirlər Kabinetinin qərarına əsasən, bu, mümkündür. İllik dövriyyə yox, işçilərin sayı əsas götürülür. Əsas məsələ işçi saylarıdır.
- Beynəlxalq Bank mikro kredit verirmi və bu kreditləri haradan almaq mümkündür?
- Bu sahədə olduqca böyük dəyişikliklər baş verib. Əvvəla qeyd edim ki, bir neçə ay əvvəl dediyimiz kimi, ilin sonuna kimi 15 filialda mikroreditlərin verilməsinə başlamaq niyyətində idik. Artıq 15 yox, hazırda 17 filialımızda mikrokreditlərin verilməsinə başlanılıb. Bunlar Sumqayıtda və əsasən bölgələrdədir.
- Mikrokreditlərin şərtləri necədir? Bu kreditilər hansı faizlə və təminatlarla verilir?
- Mikrokredit deyəndə, mikrosahibkarlıq fəaliyyətini nəzərə alaraq son dövrdə sahiabkarların xeyrinə dəyişiklik olunub. Burada kreditlərin illik faizi 16 %-dən başlayır, müddəti isə 48 aya qədərdir. Kreditin maksimal limiti 20 000 manata kimidir. Bu da sahibkarlıq fəaliyyətinin inkişafı üçün mühüm rol oynayan kredit şərtləridir. Həm faiz dərəcəsinə, həm də müddətinə görə rahatlıqala yararlana bilərlər.
- Mikrokrediti götürmək üçün hansı təminat tələb olunur: zamin, yoxsa girov?
- Bizim nəzərdə tutduğumuz mikrokreditlərdə girov tələb olunmur. Yalnız 10 000 manatdan yuxarı, bəzi hallarda isə sahibkarın fəaliyyət müddətindən asılı olaraq məşğul olduğu sahənin riskinə görə zamin tələb olunur.
- Bəs kimlər zamin ola bilər? İndi istehlak kreditlərində də zamin tələb olunur və zamin də müxtəlif kriteriyalara cavab verməlidir.
- Bəli. Müştəridən gözlənilən tələblər zamin üçün də keçərlidir. Lakin mikrokredit sahibkara verildiyi halda fiziki şəxs zamin dura bilər. Burada əsas məsələ zamin götürüləcək şəxsin biznesə təsirinin olub - olmamsı və digər kredit tarixçəsinin müsbət olması nəzərə alınır.
- Kredit götürən adamın da kredit tarixçəsinə toxunaq. Məsələn, vətəndaş sahibkar olmamışdan əvvəl özünə hər hansı kredit götürüb və onu vaxtında qaytarmayıb. Kredit tarixçəsi necə deyərlər, bir az korlanıb. İndi o, şəxsi məqsədlər üçün deyil, biznes üçün kredit götürmək istəyir. Belə olanda bank müştəri ilə bağlı əvvəlki dövrdəki problemləri də nəzərə alır?
- İlk növbədə biz gecikmənin səbəbini araşdırırıq. Fərdi sahibkar, yaxud fiziki şəxs eyni insandır. Əgər bu gecikmələr etinasızlıqdan olubsa, fərdi sahibakar kimi də eyni nəticə olacaq, yox, əgər bu gecikmələr pandemiya və s. səbəblərdən olubsa, təbii ki, bunlar nəzəər alınacaq.
- Mikrokredit götürmək üçün hansı sənəd tələb olunur?
- Sahibkarın şəxsiyyət vəsiqəsi, VÖEN, müvafiq dövlət qurumu orqanından qeydiyyatdan keçmiş məşğul olduğu sahənin sənədləri. Bilirik ki, indiki halda təsərrüfatla, ticarətlə və s. sahə ilə məşğul olsa bu üzrə qeydiyyat keçirilməsi barədə sənəd olmalıdır. Biz də bunun əsasında maliyyə təhlili aparırıq. Maliyyə sənədini də müştəri ilə birlikdə hazırlayırıq.
- Bu kreditlərdən ən çox kimlər faydalanır? Aydındır, işçi sayı və illik dövriyyəsi üçün hədd var, amma sahibkar əlavə hansı kriteriyalara cavab verməlidir?
- Dediyimiz kriteriyalara uyğun (yəni illik döıriyyəsi və işçi sayı uyğun gələn) istənilən sahibkar yaxınlaşaraq kredit götürürsə, bu artıq mikrokredit sayılır. Bunlara əsasən kənd təsərrüfatı (əkin, heyvandaralıq və s.), ticarət, xidmət sahələri ilə məşğul olan fərdi sahibkarlar aiddir.
- Xidmət sahələrindən ən çox kimlər müraciət edir?
- Mikrokreditlər üçün ən çrx müraciət edənlər özəl taksi şirkətləri ilə məşğul olanlar (özlərinə maşın alırlar), uşaq hazırlığı ilə məşğul olanlar (yer əldə etmək üçün), gözəllik salonlarında işləyənlər (obyekt almaq üçün) və s müraciət edir.
- Elə bir sahə varmı onlara bu mikrokreditlər düşmür? Baxmayaraq ki, onların işçi sayı da bu kriteriyanı ödəyir.
- Xeyr, bu kriteriyaları ödəyən istənilən sahibkar bizə müraciət edə bilər.
ABB-nin mikro kreditləri: İllik 16 % ilə 48 aylıq müddətə verilir. Bu kreditlər illik dövriyyəsi 200 000 manatı (aylıq dövriyyəsi təqribən 18 min manatı) keçməyən, işçilərinin sayı 10-a qədər olan sahibkarlar üçün nəzərdə tutulub. Bu şərtlərlə 20 min manat krediti 48 aylığa götürəndə, aylıq ödəniş 567 manat hesablanır. Hazırda bu kreditləri ABB-nin 17 filialından əldə etmək olar.
- Banka mikrokredit almaq üçün müraciət edən sahibkardan biznes plan tələb olunurmu? Yaxud, sahibkar bu pulu hansı məqsədlə aldığını, necə qaytaracağını təsdiq edən bir sənəd gətirməldirmi?
- Bu kreditlərdə kreditin hər hansı istiqamət üzrə xərclənməsini tələb edən sənəd istənilmir. Amma kredit verilikdən müəyyən dövr sonra kreditin xərcləndiyi dövrdən sonra (3-5 ay) kreditin xərclənmə istiqamətini yoxlayırıq. Bu yoxlama məcburidir, yoxlayıb araşdırırıq ki, bu vəsait sahibkarın kredit götürərkən təqdim olunan sahə üzrə xərclənibmi?
- Elə hal olubmu ki, bank sahibkarın istədiyi məbləği verməsin və yoxlasın ki, onun biznesinə və planına daha az məbləğdə pul bəs edir.
- Məsələn müştəri 20 min manat kredit üçün müraciət edib. Xərclənmə istiqaməti olaraq dövriyyə vəsaitini göstərib. Tutaq ki, ticarətində dövriyyə vəsaiti üçün 10 min manat xərcləyəcək, əsas vəitlərin xərclənməsi üçün filan qədər və s. Biz müraciəti təhlil edirik, əgər müştəri 400 soyuducu nəzərdə tutubsa və biz görəndə ki, 400 soyuducu qeyd oluann obyekt üçün çoxdur, onda təklif məbləğini azaldıb ona uyğun edirik. Bu, müştəri üçün də yaxşı haldır. Müştəri də artıq yüklənməyə düşmür.
- Kreditin verilməsində yəqin ki, imtinalar da olur? İmtinalar üçün əsas səbəblər nədir?
- Əgər sahibkar bizimlə razılaşmırsa və kredit tarixçəsində problemlər varsa, imtinalar oluna bilər. Eyni zamanda ödəmə qabiliyyəti pisləşəndə də imtina olunur.
- Ola bilər ki, müştəri kredit götürəndən sonra onun ödəmə qabiliyyəti pisləşir, özü də bu barədə bankı məlumatlandırır, Ona dəstək üçün bank hansısa addım atırmı?
- Əlbəttə. Əgər müştərinin ödəmə qabiliyyətində hər hansı çətinlik yaranıbsa, banka müraciət edir. Həmin müraciət əsasında yenidən maliyyə monitorinqi aparılır. Biz görürük ki, həqiqətən də bunun müvəqqəti dövr üçün çətinliyi var. Həmin müddətdə güzəşt tətbiq olunur.