Rusiyada bu ilin sonunadək üz və səs vasitəsilə ödəniş etmək mümkün olacaq.
Rusiya bankları özlərinə ucuz - İşçi Qüvvəsi Tapıblar
FED.az xəbər verir ki, ilin sonuna kimi, mağaza və kafelərdə ödəniş üçün üz və səsdən istifadə etmək üçün banklara imkan verən qanun qəbul ediləcək.
Dövlət Dumasının məlumatına görə, biometriyanın istifadə sahələrini artıran və həm də bu məlumatların təhlükəsizliyini gücləndirən yeni qanun 2020-ci ilin sonunadək qəbul ediləcək.
Yeni qanunda şəxsi məlumatların saxlanması üçün yeni tələblər də nəzərdə tutulacaq.
Qeyd edək ki, Rusiyada vahib biometrik sistem 2018-ci ildən işləməyə başlayıb. Bu baza «Rostelekom»da yerləşir. Vətəndaşlar dövlət xidmətləri saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Biometrik göstəriciləri, məsələn, barmaq imzlərini isə Rusiyavdakı 175 bankın şöbələrində vermək olar. Sistemdə identifikasiya olandan sonra, səs və üz şəkli vasitəsilə, banka getmədən bankda hesab açmaq və kart sifariş etmək olar.