Rusiya Mərkəzi Bankı ölkə banklarına hüquqi şəxslər arasında telefon nömrələri üzərindən pul köçürməsi imkanının yaradılması barədə tapşırıq verib.
Eləcə də bax: Rusiya Mərkəzi Bankı xaricə pul köçürmələri üzrə limiti 1 mln. dollara qədər - ARTIRIB
FED.az xəbər verir ki, hüquqi şəxslər arasında telefon nömrələri üzərindən pul köçürmələri Ani Ödənişlər Sistemi vasitəsilə mümkün olacaq. Banklar artıq 2024-cü il aprelin 1-ə qədər hüquqi şəxslərin bir-birinə ödənişləri telefon nömrəsi üzərindən köçürmələri ilə bağlı şərait yaratmalıdırlar.